media-inshot_20260309_182524080

Türkiyə İrana xəbərdarlıq edib.

Patrul.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran İrandan atılan ballistik raketlə bağlı açıqlama verib.

O bildirib ki, Türkiyə hava məkanına doğru yönələn raket vaxtında müəyyən edilərək zərərsizləşdirilib. Məlumata görə, raket Qaziantep vilayətinin Şahinbey rayonu səmasında aşkarlanıb və NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Hadisə nəticəsində raket qalıqları boş əraziyə düşüb, can itkisi və ya xəsarət alan olmayıb.

Bürhanəddin Duran qeyd edib ki, Ankara vəziyyəti yaxından izləyir və bütün dövlət qurumları tam koordinasiyalı şəkildə fəaliyyət göstərir. Onun sözlərinə görə, Türkiyənin hava məkanını və sərhədlərini qorumaq imkanları ən yüksək səviyyədədir.

O, bütün tərəfləri, xüsusilə İranı regional təhlükəsizliyə və mülki əhalinin təhlükəsizliyinə təhlükə yarada biləcək addımlardan çəkinməyə çağırıb. Duran münaqişənin daha da genişlənməsinin qarşısını almağın vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, son beş gün ərzində Türkiyə səmasında İrandan gələn raketin zərərsizləşdirildiyi ikinci belə hadisədir. İlk hadisə martın 4-də Hatay istiqamətində qeydə alınmışdı.


Bənzər xəbərlər