Yağan qar Masazırda da güclü tıxac yaradıb - VİDEO
Masazır Əliağa Vahid küçəsində yağan qar, yolların buz bağlamasına səbəb olub.
Patrulaz.az-ın məlumatına görə, gecə saatları olmasına baxmayaraq, güclü tıxac yaranıb.
Sürücülər, sürüşkən şəraitdə təhlükəsiz hərəkət edə bilmək üçün ciddi çətinliklərlə üzləşirlər. Yolda tıxacın yaranması, həm sürücülərin, həm də piyadaların narahatlığına səbəb olur. Güclü buzlanma səraiti, avtomobillərin hərəkətini daha da çətinləşdirir və qəza riskini artırır.