Aralıq dənizində zəlzələ oldu
Aralıq dənizində zələzələ baş verib.
Patrulaz.az“Haberglobal”a istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb ki, iyunun 29-da yerli vaxtla saat 20:05-də Aralıq dənizində 3,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların təxminən 8 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Qeyd edək ki, Aralıq dənizi bölgəsi seysmik cəhətdən aktiv zonalardan hesab olunur və bu cür yüngül zəlzələlər tez-tez baş verir.
Gülbəniz Səfərova