media-inshot_20250629_234448879

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi İsraillə münaqişə zamanı verdiyi dəstəyə görə Pakistana təşəkkür edib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, O, Pakistan Ordusunun rəhbəri Asim Munirlə görüşdə İslamabadın cəsarətli mövqeyini yüksək qiymətləndirib: “Pakistan xalqı sionist rejimin əsassız hücumlarına qarşı prinsipial mövqe sərgilədi”,- deyə Musəvi bildirib.

Qeyd edək ki, iyunun 13-dən başlayan 12 günlük münaqişə zamanı İsrail İrana qarşı bir neçə zərbə endirib, İran isə cavab hücumları həyata keçirib. Atəşkəs isə iyunun 24-ü tarixində elan olunub.


Bənzər xəbərlər