Qəzzada son 24 saat ərzində 81 nəfər həlak olub - REAL GÖRÜNTÜLƏR
İsrailin Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində 81 fələstinli həlal olub, 400 -dən çox insan yaralanıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, HƏMAS Səhiyyə Nazirliyindən verilən məlumata görə, hücumlar əsasən mülki əraziləri hədəfə alıb.
Qəzza şəhərində stadion yaxınlığında baş verən partlayışda isə aralarında uşaqların da olduğu 11 nəfər ölüb. Həmin ərazi müharibədən qaçan köçkünlərin yerləşdirildiyi çadırlarla dolu olub.
Görüntülərdə isə insanların dağıntılar arasında çılpaq əllərlə axtarış apardığı əks olunub. Əl-Məvasi bölgəsində isə bir çadır və binaya endirilən zərbələr nəticəsində azı 14 nəfər ölüb, onların arasında uşaqlar da var.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Yaffa məktəbi yaxınlığında baş verən başqa bir hücumda daha 8 nəfər, o cümlədən 5 uşaq ölüb. Yaralılara çatmaq isə çətinləşib.
İsrail Müdafiə Qüvvələri (IDF) isə bildirib ki, hücumlar onların əsgərlərinə təhlükə yaradan şübhəli şəxslərə qarşı yönəlib.
Qeyd edək ki, müharibənin əvvəlindən bu yana Qəzzada 56 mindən çox insan həyatını itirib.
Gülbəniz Səfərova