media-img_20250629_163129_958

İyunun 26-dan bəri Pakistanda güclü musson yağışları nəticəsində 38 nəfər ölüb, 63 nəfər yaralanıb.

Patrulaz.az “Sinxua”ya istinadən xəbər verir ki, Pakistanın Xayber-Paxtunxvada əyalətində 19, Pəncab əyalətində isə 12 nəfər həyatını itirib. Yağışlar 78 evin dağılmasına və 30 mal-qaranın tələf olmasına səbəb olub.

Məlumata görə, ölümlərin çoxu dam çökməsi və daşqınların yaratdığı fəsadlarla əlaqədardır.

Onu da vurğulayaq ki, Gilgit-Baltistanda buzlaq daşqını riski artıb. Rəsmilər əhaliyə xəbərdarlıqlara əməl etməyi və riskli bölgələrdən uzaq durmağı tövsiyə edir.

Qeyd edək ki, Gilgit-Baltistan Pakistanın şimalında yerləşən, Kəşmir bölgəsinin Pakistanın nəzarətində olan hissəsidir. Bu ərazi Himalay, Karakorum və Hindukuş dağ silsilələrinin qovşağında yerləşdiyindən burada çoxsaylı buzlaqlar və çaylar var. Hazırda bu bölgədə buzlaqların əriməsi və intensiv yağıntılar səbəbindən daşqın və sürüşmə riski artıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər