Yusuf Dikeçə bənzədilən İspaniyanın Ədliyyə naziri açıqlama verdi
İspaniyanın Ədliyyə naziri Felix Bolanosun görüntüsünün sosial şəbəkələrdə Türkiyənin məşhur atıcısı Yusuf Dikeçə bənzədilməsi geniş müzakirələrə səbəb olub. Bu oxşarlıq sosial mediada zarafat mövzusuna çevrildikdən sonra nazir məsələ ilə bağlı açıqlama verib.
Patrul.az xəbər verir ki, Felix Bolanos bildirib ki, Yusuf Dikeçlə eyni şəxs olmadığını zarafatla vurğulayıb və deyib: “Eyni şəxs olmadığımızın qarantiyasını verirəm. Kaş ki, onun qədər yaxşı nişan alma bacarığım olardı”.
İspaniyalı nazir həmçinin Türkiyəyə və türk xalqına salam göndərərək “Türk dostlarımıza sevgilər” ifadəsini işlədib.
Qeyd edək ki, Yusuf Dikeç beynəlxalq yarışlarda qazandığı uğurlarla tanınan Türkiyəli idmançıdır. Onun bəzi fotoları ilə Felix Bolanosun görüntüləri arasındakı oxşarlıq sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və mövzu qısa zamanda geniş müzakirələrə səbəb olub.








