Zelenski Rusiya ilə yeni danışıqların mümkün keçiriləcəyi ölkələri açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə keçiriləcək növbəti üçtərəfli görüşün mümkün məkanını açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, o, danışıqların növbəti mərhələsinin ya Türkiyədə, ya da İsveçrədə baş tuta biləcəyini bildirib.
Zelenski həmçinin Moskva, Vaşinqton və Kiyev arasında keçiriləcək görüşün dəqiq tarixinin hələlik məlum olmadığını, bunun Yaxın Şərqdə baş verən hadisələrdən asılı olacağını qeyd edib.
Onun sözlərinə görə, danışıqların əsas mövzuları hərbi əsirlərin mübadiləsi və liderlər arasında mümkün sammitə hazırlıq olacaq.
Ukrayna prezidenti daha əvvəl də bildirib ki, Kiyev münaqişənin həlli üçün Rusiya ilə sülh danışıqlarında Avropa ölkələrinin iştirakını davam etdirmək niyyətindədir.






