media-inshot_20260724_100233438

850 il əvvəl baş vermiş nadir Günəş tutulması 2028-ci ildə yenidən müşahidə olunacaq.

Patrul.az xəbər verir ki, 22 iyul 2028-ci il tarixində, saat 16:17-də Yeni Zelandiyanın cənubunda Ay Günəşin önündən keçərək təxminən 100 kilometr enində kölgə zolağı yaradacaq. Tam Günəş tutulması 2 dəqiqə 51 saniyə davam edəcək.

Məlumata görə, bu nadir səma hadisəsinə maraq böyükdür. Tarixi tutulmanı izləmək istəyənlər səbəbindən bölgədəki otellərdə indidən yerlər tutulub.

Tutulmanın ən aydın şəkildə görünəcəyi Dunedin şəhərinə isə həmin gün təxminən 35 min ziyarətçinin gələcəyi gözlənilir. Şəhərin əhalisi 130 min nəfər olsa da, tədbirlə əlaqədar xüsusi proqram hazırlanır. Şəhərdə şənliklər çərçivəsində tam Günəş tutulmasına qədər davam edəcək gecə səması festivalının təşkili planlaşdırılır.

Qeyd edək ki, bu hadisə 1965-ci ildən bəri Yeni Zelandiyanın istənilən nöqtəsindən müşahidə edilə biləcək ilk tam Günəş tutulması olacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər