media-inshot_20260724_101749743

Hindistanda Assam ştatında musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, daşqınlar səbəbilə ştatda yaradılmış 150 sığınacağa 30.000 insan təxliyə edilib.

Məlumata görə, 900.000 insan isə daşqından zərər görüb.

“Bu günə qədər 41 vətəndaşımızı itirmişik. Minlərlə mal-qara daşqın suları altında qalıb. Normal səviyyədən 436 faiz çox yağan yağış misli görünməmiş dağıntılara səbəb olub” – deyə ştatın baş naziri bildirib.

Hindistanın Cammu və Kəşmir və Naqaland ştatlarında musson yağışlarının yaratdığı daşqın və torpaq sürüşmələrində ən azı 24 nəfər ölüb.

Qeyd edək ki, Hindistan Hərbi Hava Qüvvələri quru yolu ilə əlçatmaz ərazilərə havadan yardım göndərib.


Bənzər xəbərlər