Beynəlxalq Qızıl Xaç Komitəsi: “Qəzza yer üzündə cəhənnəmə çevrilib”
Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada baş verənləri “yer üzündə cəhənnəm” adlandırıb.
Patrulaz.az “BBC”yə istinadən xəbər verir ki, İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada vəziyyət ağırlaşmaqda davam edir.
BQXK rəhbəri Mirjana Spoljari bildirib ki, Qəzzada beynəlxalq humanitar hüquq ciddi şəkildə pozulur. HƏMAS səhiyyəsindən verilən məlumata görə, Qəzzada müharibə başlayandan bəri 50 mindən çox insanın həyatını itirib.
İsrail isə Həmasın 7 oktyabr hücumunda 1200 nəfəri öldürdüyünü və 251 nəfəri girov götürdüyünü bildirib.
Qeyd edək ki, Cenevrə Konvensiyasına əsasən, İsrail işğal etdiyi ərazilərdə mülki əhalini ərzaq və dərmanla təmin etməli, xəstəxanaları qorumalıdır. Lakin martın 2-dən etibarən bölgəyə humanitar yardımın girişinə tam blokada tətbiq olunub.
BMT vəziyyətin “ölüm meydançasına” çevrildiyini bildirərək atəşkəsə çağırır.
Gülbəniz Səfərova