Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
Belçika parlamentinin Xarici Əlaqələr Komitəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) rəsmi olaraq terror təşkilatları siyahısına daxil edib.
Patrulaz.az xəbər verir ki, bu barədə məlumatı belçikalı deputat Dərya Səfai özünün “X” hesabında paylaşıb.
O, paylaşımında SEPAH-ın terror fəaliyyətlərinə görə məsuliyyət daşıdığını bildirərək, İranda siyasi məhbusların azad olunması və edamların dayandırılması çağırışını da edib.