media-img_20250703_223302_832

Rusiya Federasiyası ilk dəfə olaraq Taliban tərəfindən təqdim edilən Əfqanıstan İslam Əmirliyinin bayrağını rəsmi olaraq tanıyıb. Bayraq bu gün Moskvada yerləşən Əfqanıstan səfirliyində qaldırılıb.

Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, bu addım Rusiya ilə Taliban hökuməti arasında diplomatik münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Beləliklə, Moskva Talibanın idarə etdiyi rejimi de-fakto deyil, de-yure şəkildə tanımağa doğru ilk açıq siqnalını verib.

Qeyd edək ki, Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra bir çox ölkə bu qurumu rəsmi olaraq tanımaqdan imtina edib. Lakin son aylarda Moskva ilə Taliban nümayəndələri arasında görüşlər artmış və iqtisadi əlaqələr də genişlənmişdi.


Bənzər xəbərlər