9 yaşlı uşaq yelləncəkdə naməlum şəxs tərəfindən bıçaqlandı
İyulun 4-də Rusiya Federasiyasının Moskva vilayətində yerləşən Sergiev Posad şəhərində 9 yaşlı uşağın boyun nahiyyəsinə bıçaqla zərbə endirilib.
Patrulaz.az “Baza” telegram kanalına əsasən xəbər verir ki, hadisə şəhərin həyətlərin birində qeydə alınıb.
Məlumata görə, uşaq yelləncəkdə oturduğu zaman naməlum şəxs ona yaxınlaşaraq boyun nahiyəsindən bıçaqlayıb.
Hadisədən dərhal sonra yaralı uşaq xəstəxanaya çatdırılıb və hazıda cərrahi əməliyyat olunur.
Hadisədən sonra hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən şəxsin yaşadığı mənzili müəyyən ediblər.
Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “yetkinlik yaşına çatmayan şəxsi öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, şahidlərin sözlərinə görə hücum edən şəxsin təxminən 50 yaşlarda olduğu ehtimal edilir.
Gülbəniz Səfərova