media-kayip-olarak-araniyordu-aci-gercek-ortaya-cikti-93ps

Konyanın Altınekin rayonunda bir həftə əvvəl itkin düşən Turqut Günəşin  meyiti Səlcuqlu rayonunun Sulutaş məhəlləsində torpağa basdırılmış vəziyyətdə tapılıb.

Patrulaz.az “HaberGlobal”a istinadən xəbər verir ki, polisin apardığı araşdırma zamanı Günəşin qətlə yetirildiyi müəyyən olunub. Qanlı cinayətlə bağlı R.Ş. (36) və həyat yoldaşı A.Ş. (42) şübhəli qismində saxlanılıb.

Onlar ilkin ifadələrində Turqut Günəşi evlərinə çağırdıqlarını, mübahisə zamanı boğaraq öldürdüklərini və meyiti maşınla apararaq basdırdıqlarını etiraf ediblər.

Cinayətkarlar tibbi müayinədən sonra ədliyyəyə təhvil verilib.

Araşdırma davam edir.


Bənzər xəbərlər