media-inshot_20250704_223818476

Beşiktaş, Fənərbaxça və Qalatasaray klublarına menecerlər tərəfindən təklif olunan Qanalı futbolçu Thomas Partey ilə bağlı şok bir hadisə ortaya çıxıb.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Arsenal klubunun sərbəst buraxdığı 32 yaşlı futbolçu, zorakılıq və cinsi təcavüz ittiham olunur.

İngiltərə mətbuatının yaydığı xəbərlərə görə, Partey beş zorakılıq və bir cinsi təcavüz hadisəsi ilə əlaqədar olaraq məhkəmə qarşısına çıxacaq. Hadisələrin 2021–2022-ci illər arasında baş verdiyi və üç fərqli qadını əhatə etdiyi bildirilir.

Məlumata görə, o birinci qadına iki dəfə təcavüz, ikinci qadına üç dəfə təcavüz, üçüncü qadına isə bir dəfə cinsi təcavüzdə  ittiham olunur.

Qeyd edək ki, Partey 5 avqust tarixində Westminster Sülh Cinayət Məhkəməsində hakim qarşısına çıxacaq.

Futbolçu Thomas Partey-in fotosunu təqdim edirik:

media-inshot_20250704_223408733

Ləman Sərraf


Bənzər xəbərlər