ABŞ-də daşqın fəlakəti: Ölənlərin sayı 67-yə çatdı - VİDEO
ABŞ-nin Texas ştatında yağan güclü yağışlar nəticəsində baş verən daşqınlardan ölənlərin sayı 67-yə yüksəlib.
Patrulaz.az “NBC News”a istinadla xəbər verir ki, sel fəlakəti əsasən, ştatın mərkəzi və cənub-qərb bölgələrində böyük dağıntılara yol açıb.
Məlumata görə, Qvadalupe çayı yaxınlığında yerləşən yay düşərgəsində 21-i uşaq olmaqla azı 27 nəfər həlak olub.
ABŞ Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri Nim Kidd hadisə yerində jurnalistlərə açıqlama verib:
“Biz hələ də axtarış-xilasetmə işlərini davam etdiririk. İtkin düşən insanların ailələri ilə birlikdəyik. Əlimizdən gələni edirik”.
Qeyd edək ki, daşqın bölgəsində 850-dən çox insan fəlakət zonalarından təxliyə edilib.
Gülbəniz Səfərova