media-retouch_2025070710075318

Yeni işə qəbul olmaq, sadəcə təcrübəyə və biliklərə yox, eyni zamanda danışıq tərzinə və seçdiyin sözlərə də bağlı olur. Yəni, işə baş vurduqda istifadə etdiyin ifadələr səni irəli də apara bilər, geri də sala bilər…Çünki işə qəbul prosesində təkcə sənədlərini deyil, özünün kim olduğunu da göstərirsən. Hər kəlmən, hər cümlən səni qarşı tərəfə tanıdır. Müsahibədə dediklərin, sənə aid ediləcək ilk təəssüratı formalaşdırır. Bu ilk təəssüratın pozitiv və peşəkar olması üçün nə dediyini düşünməli, necə dediyini ölçməlisən…

İlk təəssürat! Bəli, iş görüşməsində ən önəmli olan budur. Geyimindən tutmuş, oturma tərzinə, amma ən əsası, dediyin sözlərə qədər səni ya yüksəldəcək, ya da sıradan siləcək. Ona görə də sözlərin təkcə səni tanıtmır, gələcəyini də müəyyən edir. Unutmaq olmaz ki, düzgün sözlər, düzgün təəssürat yaradar. Düzgün təəssürat isə düzgün iş qapısını açar.

Patrulaz.az-ın məlumatına əsasən, iş görüşməsinə gedərkən, bu sözlərdən istifadə etməməki tövsiyyə olunur.

“Nə iş olsa, olar”

Bu cümlə insani ümidsiz və məqsədsiz biri kimi göstərər. İşəgötürənlər konkret hədəfi və motivasiyası olan şəxslərlə işləmək istəyirlər. Bunun əvəzində belə demək daha məqsədəuyğun olar:

“Təcrübə və bacarıqlarıma uyğun sahədə özümü sınamaq istəyirəm”.

“Əsas odur maaş versinlər” və ya “Mənə nə qədər maaş verəcəksiz?”

Düzdür, iş yerində maaş vacibdir. Amma bu cümlə insanın yalnız maddi maraq güddüyünü göstərir və komanda ruhuna uyğun olmadığını təəssüratını yaradar.

Daha düzgün ifadə budur:

“Əmək haqqı da önəmlidir, amma mənim üçün əsas təcrübə qazanmaq və peşəkar mühitdə inkişaf etməkdir”. Bu cümlə qarşı tərəfdə yalnız pula, maaşa görə deyil, işinə maraq və həvəs göstərdiyi təsəvvürünü yaradar. İlk dəqiqələrdən maaş soruşmaq səni yalnız “çörəkpulu dalınca qaçan biri” kimi göstərə bilər. Öncə bacarığını göstər, sonra qarşılığını soruş.

“Əvvəlki rəhbərimlə yola getmirdik”

Keçmiş iş yeri haqqında neqativ danışmaq düzgün deyil. Bu zaman işə götürən adam dərhal düşünər ki, bu əgər əvvəlki iş yeri haqda başqa iş yerində belə danışırsa, sabah da bizim haqda digər yerlərdə bu cür danışar. Əvəzində belə demək olar:

“Əvvəlki iş yerimdə bir çox təcrübələr qazandım, indi isə fərqli sahədə özümü sınamaq istəyirəm”. Bir sözlə, kiminsə arxasınca danışmaq heç vaxt peşəkarlıq əlaməti olmayıb. Əgər keçmişinə hörmətin yoxdursa, gələcəyin də sabit olmayacaq.

“Alınmasa, başqa yerə baxaram”

Bu ifadə işə laqeyd və qeyri-ciddi yanaşdığını, motivasiyasız olduğunu göstərər. İş görüşməsi zamanı həmişə istəkli görünmək lazımdır. Çünki, rəhbərlər motivasiyalı insan axtarır, keçəri baxan yox! Bir sözlə, insan gələcəyini bu iş yerində qurmaq istədiyini göstərməlidir.

“Sizin şirkət barədə məlumatım yoxdur”

Hər hansı bir işə baş vurduqda, mütləq ki, onun keçmiş fəaliyyəti, uğurları, rəhbər heyyət haqda məlumatlar öyrənmək vacibdir. Çünki əvvəlcədən hazırlaşmamaq, şirkət barədə məlumat toplamamaq insanın məsuliyyətsiz görünməsinə səbəb olar. Görüşə getməzdən əvvəl şirkətin fəaliyyət sahəsini, layihələrini və dəyərlərini araşdırmaq vacibdir. Araşdırmadan müsahibəyə gəlmək özünü saymamaqdır. İşəgötürən düşünəcək: “Bu, burada da səthi işləyəcək”…

“Nə iş olsa, razıyam”

Bu cümlə insanın işə çox ehtiyac olduğunu göstərir. Ən əsası da düşünülər ki, bu adam üçün işin dəyərinin heç bir önəmi yoxdur. Yəni, işəgötürən düşünür ki, bu adam sabah başqa sahəyə də qaçar… Buna görə də dəqiq olmaq lazımdır. İnsan özünü hansı vəzifədə görürsənsə, onu da dilə gətirməlidir.


Bənzər xəbərlər