media-onlaynn

İnternetin həyatımıza daxil olması ilə birgə alış-veriş vərdişlərimiz də köklü şəkildə dəyişib. Onlayn alış-veriş, yəni məhsul və xidmətlərin internet vasitəsilə alınması bu gün bir çox insan üçün adi hal alıb. Lakin bu rahatlığın arxasında həm üstünlüklər, həm də diqqət yetirilməli məqamlar var.

“Bir kliklə hər şey” nə qədər rahatdır? Nə qədər risklidir?

Patrulaz.az araşdırmasına əsasən, onlayn satışın həm müsbət, həm də mənfi tərəfləri var.

MÜSBƏT CƏHƏTLƏRİ

media-1700745911_blog-csdsdover

1. Zaman və enerji qənaəti

Artıq mağaza-mağaza gəzməyə ehtiyac yoxdur. Evdən, işdən, istənilən yerdən alış-veriş etmək mümkündür. Bu, xüsusilə işləyən insanlar üçün böyük üstünlükdür.

2. Geniş seçim imkanı

Onlayn platformalarda yerli və beynəlxalq brendlərin minlərlə məhsuluna çıxış imkanı var. Fiziki mağazalarda tapılmayan məhsulları internetdə tapmaq daha asandır.

3. Qiymət müqayisəsi və endirimlər

Müxtəlif saytlarda qiymətləri müqayisə etmək, promo kodlar və kampaniyalardan faydalanmaq mümkündür. Bu da daha sərfəli alış-veriş etməyə şərait yaradır.

 4. Komfort

Uzun növbələr, satış nümayəndələri ilə ünsiyyət zərurəti yoxdur. Alış-veriş prosesi şəxsi və sakit bir şəkildə həyata keçirilir.

5. Qapıya qədər çatdırılma

Əldə etdiyin məhsul birbaşa evinə qədər gəlir. Bu xüsusilə böyük həcmli və ağır əşyalar üçün çox rahatdır.

MƏNFI CƏHƏTLƏRİ

media-inshot_20250707_145511686

1. Məhsulu fiziki görüb yoxlaya bilməmək

Ən böyük çatışmazlıq budur. Rəng, ölçü və keyfiyyət fotolarda fərqli görünə bilər. Bu da alıcıda narazılıq yarada bilər.

2. Gecikmələr və logistika problemləri

Bəzən məhsulun çatdırılması gözləniləndən çox vaxt ala bilər və ya səhv məhsul göndərilə bilər. Beynəlxalq sifarişlərdə isə bu daha da gecikə bilər.

3. Geri qaytarma çətinlikləri

Onlayn alış-verişdə məhsulun qaytarılması prosesi bəzi hallarda uzun və çətin ola bilər, xüsusən də beynəlxalq satıcılardan alınan məhsullar üçün.

4. Fırıldaqçılıq və təhlükəsizlik riskləri

Məlumatların oğurlanması, saxta saytlar və fırıldaqçı satıcılar onlayn alış-verişin riskləri sırasındadır. Təhlükəsiz saytlardan alış-veriş etmək vacibdir.

5. İdarəsiz alış-veriş

Daim endirimlər, “1 al 2 ödə” kimi kampaniyalar bəzən planlaşdırılmamış, lazımsız alışlara səbəb ola bilər. Bu da büdcəyə zərər verir.

Texnologiyadan ağıllı istifadə gərəkdir

Onlayn alış-veriş düzgün platformalardan və məsuliyyətli şəkildə həyata keçirildikdə, müasir dövrün ən rahat imkanlarından biridir. Lakin hər “klik” etməzdən əvvəl təhlükəsizlik, real ehtiyac və büdcə kimi amilləri nəzərə almaq şərtdir.

Ləman Sərraf


Bənzər xəbərlər