media-inshot_20250707_185334838

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə vəzifəsindən azad edilən nəqliyyat naziri Roman Starovoyt bir neçə saat sonra ölü tapılıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Starovoyt Moskva vilayətinin Odintsovo şəhərində öz avtomobilində odlu silah yarası ilə tapılıb. Rusiya İstintaq Komitəsi ilkin məlumatlara əsasən, onun intihar etdiyini açıqlayıb.

Xatırladaq ki, Vladimir Putin Roman Starovoytun vəzifədən azad edilməsi ilə bağlı sərəncamı bu gün imzalamışdı. Sərəncamda onun işdən azad edilmə səbəbi göstərilməyib.

Putin naziri işdən çıxardıqdam sonra Kreml sarayında onun yerinə Andrey Nikitini təyin edib. Rusiya dövlət başçısı yeni nazirə qarşısında duran problemləri aradan qaldırmaq üçün əlindən gələni edəcəyinə ümid etdiyini də bildirib:

“Mən sizə karyera nərdivanında daha bir addım atmağı və Rusiyanın nəqliyyat naziri kimi işləməyi təklif edirəm”.

Qeyd edək ki, Starovoyt 2023-cü ilin mayında nəqliyyat naziri təyin edilmişdi. Ondan əvvəl o, beş il Kursk vilayətinin qubernatoru vəzifəsində çalışıb. Starovoytun nazir vəzifəsinə gətirilməsindən üç ay sonra, 2023-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində genişmiqyaslı əməliyyatlara başlayıb.

Ölən keçmiş nəqliyyat naziri  Roman Starovoytun şəklini təqdim edirik:

media-inshot_20250707_185129115

Gülbəniz Səfərova


Bənzər xəbərlər