Rusiyada PUA təhlükəsi səbəbi ilə hava limanında gecikmələr yaşanır - VİDEO
Rusiyanın bir neçə şəhərində pilotsuz uçuş aparatlarının (PUA) yaratdığı təhlükə səbəbindən hava nəqliyyatında ciddi gecikmələr və ləğvlər yaşanıb.
Patrulaz.az “SHOT” telegram kanalına əsasən xəbər verir ki, gecə saatlarında Leninqrad vilayətinin Lujski rayonunda 3, Moskvada isə 8 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Nəticədə, Sankt-Peterburqdakı Pulkovo hava limanında 100-dən çox reys 2 saatdan 6 saata qədər təxirə salınıb, 30-a yaxın uçuş isə ləğv edilib. 80-dən çox təyyarə alternativ hava limanlarına yönləndirilib.
Hava limanından yayılan görüntülərdə sərnişinlərin saatlarla yerə uzanaraq gözlədikləri əks olunur.
Eyni vəziyyət Moskvada da müşahidə olunub. Burada da 30-a yaxın reys gecikib və ya ləğv edilib.