media-inshot_20250611_083617837

Los-Ancelesin mərkəzində iğtişaşlara görə komendant saatı elan edilib.

Patrulaz.az xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının ən böyük şəhəri olan Los-Ancelesdə baş verən etirazlar və zorakılıq halları nəticəsində komendant saatı tətbiq edilib.

Bu barədə Los-Ancelesin meri Karen Bass keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, şəhərdəki vandalizm və qarət halları ilə mübarizə məqsədilə fövqəladə addımlar atılıb.

“Vandalizm və qarətçiliyə son qoymaq üçün Los-Ancelesin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və işləmirsinizsə, bu ərazidən uzaq durun. Hüquq-mühafizə orqanları komendant saatını pozanları saxlayacaq”, – deyə mer bildirib.

Qərara əsasən, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək və çərşənbə günü saat 06:00-a qədər davam edəcək.

Qeyd edək ki, iğtişaşlar iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin Los-Ancelesdə keçirdiyi reyddən sonra başlayıb. Həmin əməliyyat zamanı qanunsuz miqrantların müəyyən edilməsi məqsədilə genişmiqyaslı yoxlamalar aparılıb. Baş verən hadisələrdən sonra Ağ ev şəhərə 2 min nəfərdən ibarət milli qvardiya əsgərinin göndəriləcəyini açıqlayıb.

media-riot5 media-2025-06-07t040236z_610442240_rc2exeaylgyr_rtrmadp_3_usa-migration-protest-los-angeles media-1f251be8ec63011583b2a043a8a3c47b media-2a238a1d29c29ad6decdeee8a394e098 media-39227 media-gettyimages-2218782185 media-c1_5652370_700 media-demonstrators-wave-flags-atop-wrecked-106187189 media-_135dacd2-61c7-4e4c-915e-8257de70e1f0


Bənzər xəbərlər