media-inshot_20250710_104439754

Rusiya bu gecə Ukraynaya qarşı son illərin ən genişmiqyaslı hava hücumunu həyata keçirib. Hücum nəticəsində müxtəlif bölgələrə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Patrulaz.az xəbər verie ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücum nəticəsində müxtəlif bölgələrə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib. Rusiya ordusu tərəfindən 18 raket və 400 dron buraxılıb. Onların 200-dən çoxu İran istehsalı olan “Şahid” kamikadze dronları olub. Hücumun əsas hədəfi Kiyev vilayəti olsa da, Çerniqov, Sumı, Poltava, Kirovoqrad və Xarkov bölgələri də zərbələrə məruz qalıb.

Kiyev vilayəti yaxınlığında iki nəfərin həyatını itirdiyi, hazırda 16 nəfərin isə yaralandığı bildirilib.

Hadisə ilə bağlı rəsmi açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumu “terrorun aşkar artması” kimi dəyərləndirib:

“Bu, Rusiyanın terrorunu daha da genişləndirməsidir: yüzlərlə ‘Şəhid’, tədricən zərbələr, Ukrayna ərazilərinə qarşı kütləvi hücumlar. Bu o deməkdir ki, təzyiqlər artırılmalıdır. Rusiyanın öz terror mirasını hiss etməsi üçün sanksiyalar gücləndirilməlidir”, – deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna tərəfi bu hücumun qarşısını almaq üçün müdafiə sənayesinə investisiyaların artırılması, dron istehsalı və proqram təminatının inkişaf etdirilməsi üçün beynəlxalq partnyorlarla təcili danışıqlara başladığını açıqlayıb. Kiyev “istəyənlərin koalisiyası” çərçivəsində yeni maliyyə və texnoloji dəstək gözlədiyini açıqlayıb.

media-img_20250710_103747_926 media-img_20250710_103747_420 media-img_20250710_103747_539 media-img_20250710_103747_395 media-img_20250710_103748_072

Gülbəniz Səfərova


Bənzər xəbərlər