"Atəşkəs Yaxın Şərq üçün böyük uğurdur" - Politoloqdan AÇIQLAMA
13 iyun tarixində başlayan İsrail–İran müharibəsi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbədən sonra cəmi 12 gün ərzində başa çatdı.
Maraqlıdır ki, Yaxın Şərqdə şiddətli qarşıdurma ilə başlayan bu müharibə necə oldu ki, cəmi 12 gün ərzində tərəflərin atəşkəs razılığı ilə yekunlaşdı?
Məsələ ilə bağlı politoloq Elşad Həsənov Patrulaz.az-a açıqlamasında müharibənin başlanma səbəbləri, ABŞ prezidenti Donald Trampın mövqeyi və atəşkəsin hansı yollarla əldə edildiyi barədə danışıb.
Onun sözlərinə görə, ABŞ müharibə başlamazdan öncə İranı münaqişədən çəkindirməyə çalışsa da, Tehran bu xəbərdarlıqlara məhəl qoymayaraq hücum qərarını verib:
“12 günlük İsrail-İran arasıdakı münaqişə iyunun 24-də atəşkəs elan olunması ilə nəticələndi. İran tərəfi bildirdi ki, “”biz İsraili atəşkəs elan etməyə məcbur etdik””. Bu haqda Trampda telegram kanalında “biz sülhə nail olduq” ifadəsini yazıb. Bu 12 günlük müharibə onu göstərdi ki, İsrail və arasındaki ixtilafların əsas səbəbi İranın nüvə silahı əldə etmək istəyidir. Ancaq Tehran isə həmişə bu məlumatları təkzib edərək bildirirdi ki, nüvə silahına görə deyil, nüvə enerijisinə əsasən uran zənginləşdirilir. Ancaq aparılan kəşfiyyat işləri onu göstərir ki, İran artıq nüvə silahı, yəni atom bombasını əldə etməyə yaxındır. Onlar uranı 60 %-ə qədər zənginləşdiriblər və onu bir neçə faizdə zənginləşdirsələr, artıq nüvə silahını əldə etmiş olacaqlar. Buna görə də, Donald Tramp hakimiyyətə gələn gündən etibarən Tehranla danışıqlarda “İranda nüvə silahı olmayacaq” demişdi. Onlar bu məsələdə İranı çəkindirməyə çalışsalar da, nail ola bilmədilər. Nəticədə, iyunun 13-dən etibarən İsrail İrana hücum edib, onun nüvə və hərbi obyektlərinə zərbələr endirməyə başladı”. Təbii olaraq bu müharibərə İran zərbələrə cavabını da verdi. Bu münaqişədə çoxlu ölən və yaralananlar da oldu. İyunun 10-u tarixində də ABŞ İranın İsfahan və Kirmənşahda olan “Fordo” nüvə obyektlərinə “B2″ qırıcı təyyarələri və bünker dağıdan bombaları ilə zərbələr endirdi. Tramp bu zərbələrdən sonra ölkəsinin həmin obyektləri darmadağın etdiyini də vurğulamışdı. ABŞ Prezidenti vaxtıykən İranı danışlara qoşulmağa və sülh bağlanması, o cümlədən nüvə silahı əldə etməkdən imtina etməsi ilə bağlı kaptulyasiya aktı bağlamağa çağırdı. Ancaq İran isə döyüşməyə davam edərək, İsrailə 500-dən çox raket zərbələri endirdi. Bu gün isə artıq atəşkəsə nail olundu”.
Politoloqun bildirdiyinə görə, Yaxın Şərqdə qısa müddət ərzində İsrail-İran müharibəsinin həll yolunun tapılması böyük nailiyyətdir. Onun fikrincə, müharibənin başa çatması ən çox Azərbaycanı sevindirdi. Çünki məhz digər ölkələr vətəndaşlarını İrandan Azərbaycan sərhədi vasitəsilə təxliyə edə bildilər:
“Atəşkəsim əldə olunması Yaxın Şərqdə çox böyük bir məsələdir. Bizim dövlət də atəşkəsin əldə olunmasına böyük sevinclə qarşıladı. Hətta Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da münaqişənin silah deyil, sülh yolu ilə həll olunmasına çağırmışdı. Buna ən çox sevinən ölkə biz olduq. Ona görə ki, İsrail-İran münaqişəsində Azərbaycan da çətinliklər çəkdi. Belə ki, bir çox xarici ölkələrin vətəndaşları ölkəmizin dəstəyi ilə İrandan bizim sərhədlərimdən təxliyə olundular. Bu mənada münaqişənin dayanması həm Yaxın Şərq, həm də Dünya üçün əlamətdar hadisədir. Arzu edirəm ki, atəşkəs davam etsin”.
Gülbəniz Səfərova