Avarçəkənimiz Avropa üçüncüsü oldu - FOTOLAR
3-6 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində keçirilən kayak və kanoe üzrə Gənclər və U-23 Avropa çempionatında Azərbaycan idmançısı uğurlu nəticə əldə edib.
Patrulaz.az xəbər verir ki, komandamızın üzvü Tatyana Smilovenko 500 metr məsafəyə 1 nəfərlik kanoe yarışlarında finala yüksələrək Avropa çempionatının bürünc medalını qazanıb.
Avarçəkənimiz təsnifat və yarımfinal mərhələlərində yüksək nəticə göstərərək A finalında mübarizə aparmaq hüququ əldə edib. Gərgin rəqabətli finalda finiş xəttini üçüncü keçən Tatyana podiuma yüksəlib.
Qeyd edək ki, bu nəticə Azərbaycan kanoe idmanı tarixində gənclər arasında əldə edilən ən diqqətçəkən uğurlardan biri hesab olunur.