media-14dce2a7-9db6-4aab-873e-e99b52f35665

İsrailin Qəzzaya yardım keçidlərini bağlaması beynəlxalq humanitar təşkilatların kəskin reaksiyasına səbəb olub.

Patrulaz.az “France24″ə istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş direktoru Pyer Krahenbül Cenevrədə keçirdiyi mətbuat konfransında Qəzzaya humanitar yardımın buraxılmamasını qəbuledilməz adlandırıb və bunun beynəlxalq humanitar hüquqa zidd olduğunu bəyan edib.

“Qəzzada vəziyyət ülgücün ucundadır və qarşıdakı günlər həlledici olacaq. Tibbi ləvazimatlar və digər yardımlar tükənmək üzrədir. Yardımın qarşısını almaq beynəlxalq hüququn əsaslarına ziddir”, – deyə o bildirib.

Qeyd edək ki, martın 18-dən etibarən atəşkəs danışıqlarının nəticəsiz qalmasından sonra İsrail hərbi əməliyyatlarını yenidən bərpa edib. Ölkə rəsmiləri bölgədə humanitar böhran olduğunu inkar etsələr də, BMT və digər təşkilatlar yardımın dayandırılmasının fəlakətə gətirib çıxardığını vurğulayırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər