media-inshot_20260716_095508422

Böyük Britaniyada 16 və 17 yaşlı yeniyetmələr üçün “instagram”, “YouTube”, “TikTok” və digər sosial media platformalarına gecə saatlarında məhdudiyyət tətbiq olunacaq.

Patrul.az xəbər verir ki, bu qərar Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Departamenti (DSIT) tərəfindən qəbul edilib.

Yeni plana əsasən, 16 və 17 yaşlı istifadəçilər üçün bu platformalara giriş hər gün saat 00:00-dan 06:00-dək məhdudlaşdırılacaq.

Qadağa “Instagram”, “TikTok, “YouTube”, “Snapchat”, “Facebook” və “X” kimi alqoritmlə işləyən və istifadəçilərdə asılılıq yarada bilən əsas platformaları da əhatə edir.

Yeniyetmələrin ünsiyyət hüququnun tam məhdudlaşdırılmaması məqsədilə “WhatsApp” və “Signal” kimi birbaşa mesajlaşma tətbiqləri bu qadağadan kənarda saxlanılıb.

Məlumata görə, qərarın məqsədi gənclərin diqqət müddətini və yuxu keyfiyyətini yaxşılaşdırmaq, həmçinin onları ailələri ilə daha çox vaxt keçirməyə təşviq etməkdir.

Hökumət bununla kifayətlənməyərək yeniyetmələrin saatlarla ekran qarşısında qalmasının qarşısını almaq üçün platformalarda bəzi funksiyalar standart olaraq deaktiv edəcək:

– Sonsuz sürüşdürmə (Infinite Scroll) funksiyası bloklanacaq;

– Avtomatik video oynatma (Autoplay) funksiyası söndürüləcək;

– Yad şəxslərlə birbaşa ünsiyyət və canlı yayım (livestreaming) imkanları bu yaş qrupu üçün avtomatik olaraq bağlanacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər