Çikaqoda gecə klubunda dəhşətli atışma baş verib - VİDEO
Çikaqo şəhərinin mərkəzində yerləşən gecə klubunun qarşısında baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
Patrulaz.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə River North məhəlləsində yerləşən “Artis Lounge” adlı klubun qarşısında qeydə alınıb. Atışma, reper Mello Buckzzun albom təqdimat mərasimi başa çatdıqdan sonra baş verib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videolarda hadisə zamanı 16-dan çox silah səsi eşidildiyi və polisin əraziyə genişmiqyaslı müdaxilə etdiyi görünür.
Gülbəniz Səfərova