media-shutterstock_2311286833

Yaz aylarında havaların isinməsi, çiçəklərin açması və təbiətin canlanması ilə həyat daha rəngarəng olur. Lakin bu fəslin gözəllikləri ilə yanaşı, görünməyən təhlükələri də var. Onlardan biri də ilanlardır. Yazdan başlayaraq yay ayları boyunca, xüsusilə may, iyun və iyul aylarında ölkəmizdə ilanların fəallığı nəzərəçarpacaq dərəcədə artır. Bu dövr ilanların həm qida axtarışına çıxdığı, həm də çoxalma mövsümünə daxil olduqları zamanla üst-üstə düşür.

İlanlar Azərbaycanda daha çox harada və nə zaman görünür?

Patrulaz.az-ın apardığı araşdırmalara əsasən, ölkəmizdə ilanlara ən çox may-avqust ayları arasında rast gəlinir. Bu müddət ərzində onlar insanların yaşadığı ərazilərə daha çox yaxınlaşmağa başlayırlar.  İlanlar soyuqqanlı canlılar olduqları üçün bədən temperaturlarını tənzimləmək məqsədilə isti havalarda hərəkətə keçirlər. Azərbaycanın müxtəlif iqlim və relyef şəraiti ilanların yayılma arealını genişləndirir.

İlanların daha çox rast gəlindiyi bölgələr bunlardır:

media-retouch_2025070317005425

Aran və dağətəyi ərazilər – Şamaxı, İsmayıllı, Ağsu, Qobustan

Cənub bölgəsi – Lənkəran, Astara, Masallı

Qarabağ və Mil-Muğan düzü – Füzuli, Beyləqan, İmişli

Naxçıvan Muxtar Respublikası – xüsusilə quru və yarımsəhra ərazilər

Abşeron və Bakıətrafı kəndlər – yay aylarında otlaq və daşlı sahələrdə

Adıçəkilən ərazilərdə otluq, kolluq sahələri, o cümlədən göl, su hövsələri və bataqlıqlar çox olur, havanın temperaturu isə isti olur. Buna görə də ilanlar həmin bölgələrdə xüsusilə çoxluq təşkil edir.

Niyə yayda daha çox ilan olur?

media-inshot_20250703_170242159

İlanlar bədənlərini isidə bilmək üçün isti hava axtarırlar. Çoxalma dövrü yazda başladığı üçün aktivlikləri də bu vaxt artır. Qida axtarışı, yumurta qoymaq və təhlükəsiz yer tapmaq məqsədilə hərəkətdə olurlar.

Azərbaycanda ən çox rast gəlinən ilan növləri hansılardır?

media-2020-06-22-09-49-091

Ölkəmizdə həm zəhərli, həm də zəhərsiz ilanlar var. Zəhərsiz olanlara boz ilanlar və onun növləri olan transkavkaz siçan ilanları, qaz ilanı daxildir:

Boz ilanlar

media-2

Azərbaycanda müxtəlif boz çalarlarda ilanlara rast gəlinir. Onların arasında həm zəhərsiz, həm də zəhərli növlər var.

Transkavkaz siçan ilanı 

media-inshot_20250703_170758372

Boz-qəhvəyi rəngli, xırda ləkələrlə örtülü olur. Uzunluğu 60-70 sm-ə çatır. Daha çox dağlıq və kənd təsərrüfatı ərazilərində rast gəlinir. Zəhərsizdir, insan üçün təhlükəli deyil.

Qaz ilanı 

media-inshot_20250703_171148410

Boz-yaşıl rəngdə olur, baş və boyun hissəsində sarımtıl ləkələrlə seçilir. Su hövzələri, bataqlıqlar və bağ sahələri onun sevimli məkanlarıdır. Zəhərsizdir, amma qorxduqda pis qoxu yayaraq özünü qoruyur.

Zəhərli olanlara isə ən təhlükəli olan gürzə və qara ilanlar aiddir:

Gürzə

media-inshot_20250703_171356279

Azərbaycanda rast gəlinən ən zəhərli ilan növlərindən biridir. Bədəni boz və ya bej rəngdə olub, üzərində tünd naxışlar olur. Üçbucaqlı başı və qalın bədəni ilə digər ilanlardan seçilir. Dağlıq, yarımsəhra və qayalı ərazilərdə yaşayır. Günorta saatlarında günəşlənməyi, axşam isə hərəkət etməyi sevir. Sancması insan üçün həyati təhlükə yaradır. Ona görə də gürzə ilə qarşılaşdıqda yaxınlaşmamaq və onu narahat etməmək tövsiyə olunur.

Qara ilanlar:

media-inshot_20250703_171503387

Azərbaycanda tamamilə qara və ya tünd rəngli ilanlara da rast gəlinir. Bu ilanlar arasında əsasən zəhərsiz növlər üstünlük təşkil edir. Məsələn, qara siçan ilanı geniş yayılıb və insan üçün təhlükəli deyil. Lakin yalnız rənginə əsasən ilanı zəhərli və ya zəhərsiz saymaq təhlükəlidir. Ən yaxşısı, onlara toxunmamaq və uzaq durmaqdır.

İnsanlar ilanları gördükdə necə davranmalıdır?

media-inshot_20250703_171642278

– Otlu, kolluq ərazilərdə olarkən uzunboğaz ayaqqabı geyinmək vacibdir.

– Otların üzərində əyləşmədən əvvəl ərazini yoxlayın.

– Uşaqları və ev heyvanlarını nəzarətsiz buraxmayın.

– Həyətyanı sahələrdə qalın otları biçin, tullantıları təmizləyin.

– Gecə açıq havada istirahətdən əvvəl otlaq və yataq sahəsini mütləq yoxlayın.

– İlan sancması halında dərhal həkimə müraciət edin, evdə müalicə aparmağa çalışmayın.

İlanlar təhlükəli olsa da, təbiət üçün niyə vacibdirlər?

media-78219

İlanlar təbiətdə mühüm rol oynayır. Onlar gəmiriciləri və digər zərərvericiləri məhv edərək kənd təsərrüfatına fayda verirlər. Ekoloji tarazlığın qorunmasına kömək edirlər. Bəzi növlərinin zəhəri tibbdə dərman və vaksin hazırlanmasında istifadə olunur. Qeyd etmək lazımdır ki, ilanlar insanlara hücum etmirlər, sadəcə özlərini qorumağa çalışırlar. Lakin onların fəallığının artdığı may-avqust aylarında diqqətli davranmaq, həm öz sağlamlığımız, həm də təbiət tarazlığı üçün son dərəcə vacibdir. Unutmayaq ki, hər bir canlı kimi ilanların da zəhərərli və faydalı tərəfləri var!

Gülbəniz Səfərova


Bənzər xəbərlər