media-screenshot_20250701_091615_telegram

Ukraynanın Donetsk şəhərində baş verən partlayış nəticəsində bir qadın həlak olub, daha üç nəfər yaralanıb.

Patrulaz.az xəbər verir ki, bu barədə “Nexta Live” teleqram kanalı yayıb. Bildirilir ki, sosial şəbəkələrdə yayılan kadrlar şəhərə “Storm Shadow” raketi ilə zərbə endirildiyini göstərir. Hadisə nəticəsində bir neçə binaya ziyan dəyib, şəhərdə yanğınlar qeydə alınıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı gündəlik məlumatda raket zərbələri barədə heç bir məlumat yer almayıb. Nazirlik yalnız bir neçə pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Bəzi mənbələr Donetskdə hərbi obyektin hədəf alındığını iddia edir, lakin bu informasiya rəsmi təsdiqini tapmayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər