Rusiyada dron istehsalı ilə məşğul olan zavoda raket hücumu edildi - VİDEO
Rusiya Federasiyasının İjevsk şəhərində yerləşən, sanksiyalara məruz qalmış “Kupol” zavodu raket hücumuna məruz qalıb.
Patrulaz.az “NEXTA Live” telegram kanalına əsasən xəbər verir ki, zərbə nəticəsində 9 nəfər xəsarət alıb.
Məlumata görə, adıçəkilən müəssisədə insansız uçuş aparatları və zenit-raket kompleksləri istehsal olunur. Zavodda 2023-cü ilin iyul ayından etibarən Çin istehsalı mühərriklər və ehtiyat hissələrindən istifadə etməklə “Qarpıya-A1” pilotsuz uçuş aparatlarının yığılmasına başlanılıb. Həmin dronlar sonradan cəbhə bölgələrinə göndərilir.
“Kupol” zavodu eyni zamanda “Tor” zenit-raket komplekslərinin istehsalı ilə də tanınır.
Qeyd edək ki, bu, zavodun ilk dəfə hədəfə alınması deyil. 2024-cü ilin noyabrında da müəssisəyə hücum edilmişdi və həmin vaxt bir işçi yaralanmışdı.
Gülbəniz Səfərova