Ermənistan parlamentində müzakirə zamanı dava düşdü - VİDEO
Ermənistan parlamentində deputat Sargisyanın toxunulmazlığının ləğvi ilə bağlı müzakirələr zamanı fiziki qarşıdurma yaşanıb.
Patrulaz.az “TASS”a istinadla xəbər verir ki, insident müzakirələr zamanı deputat Sargisyanın zalı tərk etməsi ilə başlayıb. Bu zaman hakim “Vətəndaş sazişi” partiyasının deputatı Qalumyan ona fiziki hücum edib.
Hadisə zamanı müxalif Ermənistan fraksiyasının üzvü Vardanyan jurnalistlərə bildirib ki, dava elə Sargisyan zalı tərk edərkən baş verib.
Qeyd edək ki, insident zamanı gərginlik daha da artıb və tərəflər arasında qısa müddətli qarşıdurma yaranıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Həmin görüntüləri təqdim edirik