Həyat yoldaşına jest etmək istəyən Makronun əli havada qaldı - VİDEO
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında münasibətlərdə yenidən gərginlik müşahidə olunub.
Patrulaz.az xəbər verir ki, Böyük Britaniyaya səfər zamanı təyyarədən düşən Bricit Makron ona kömək məqsədilə əlini uzadan həyat yoldaşı Emmanuel Makronu görməməzlikdən gəlib.
Yayılan kadrlarda Emmanuel Makronun həyat yoldaşına əl uzatdığı, lakin onun bu jestə cavab vermədiyi aydın görünür.
Qeyd edək ki, Makron və Bricit Makron daha əvvəl də ictimaiyyət qarşısında sərt jest və mimikaları ilə diqqət çəkmişdilər.