İtaliyanın hava limanında faciə: Adam təyyarə mühərrikinə çəkilərək öldü
İtaliyanın Berqamo hava limanında təyyarənin mühərrikinə çəkilən şəxs faciəli şəkildə ölüb.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, 35 yaşında olan naməlum şəxs təyyarənin havaya qalxmağa hazırlaşdığı vaxt mühərrikinə yaxınlaşaraq həyatını itirib.
Hadisə səbəbindən hava limanında uçuşlar müvəqqəti dayandırılıb və araşdırma aparılır.
Qeyd edək ki, ölənin sərnişin, hava limanı əməkdaşı və yaxud da kənar şəxs olduğu hələ dəqiqləşdirilməyib.