media-inshot_20260716_104136562

İsrail ABŞ-də ictimai rəyi qazanmaq uğrunda mübarizədə məğlub olur.

Patrul.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “The Joe Rogan Experience” proqramında çıxışı zamanı deyib.

Vens bu fikri şəxsən ABŞ Prezidenti Donald Trampın da dilə gətirdiyini vurğulayıb:

“Bu, sadə və açıq faktdır. Donald Tramp bunu açıq şəkildə deyib. Bu, sadə və açıq faktdır”.

Vitse-prezident İsrailə Fransa və ya Böyük Britaniya kimi “normal bir ölkə” və müttəfiq kimi yanaşmağın vaxtının çatdığını bildirib. O əlavə edib ki, ABŞ-nin İsrail ilə bəzi məsələlərdə maraqları üst-üstə düşsə də, bəzi sahələrdə tamamilə fərqlənir və Vaşinqton hər zaman “Öncə Amerika” prinsipini rəhbər tutmalıdır.

Xatırladaq ki, ABŞ rəsmisi bir qədər əvvəl Təl-Əvivin regional siyasətini tənqid edərək, “Siz 9 milyonluq bir ölkəsiniz. Qarşınızda duran hər bir milli təhlükəsizlik problemini sadəcə öldürməklə həll edə bilməzsiniz” bəyanatını vermişdi.


Bənzər xəbərlər