media-b1a3251f-259f-4eee-9c42-a4814d101c13

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi zərbələrdən sonra Zelenskini müharibənin alovlanmasında məsuliyyətli sayıb.

Aprelin 13-də Sumı şəhərinə endirilən raket zərbələri nəticəsində 35 nəfər həlak olub, 117 nəfər yaralanıb. Hücumdan bir gün sonra Tramp jurnalistlərə açıqlamasında münaqişəyə görə günahın təkcə Rusiyada olmadığını bildirib.

“Milyonlarla insan üç nəfər üzündən öldü”,- deyə Tramp bildirib.
“Siz özünüzdən 20 dəfə böyük olan birinə qarşı müharibəyə başlamırsınız və sonra insanların sizə bəzi raketlər verəcəyinə ümid etmirsiniz. Bir nömrə Putin, tutaq ki, nə etdiyini bilməyən Bayden ikinci nömrə, Zelenski isə üçüncü nömrədir”, – deyə o əlavə edib.

O, Zelenskinin daim raket almağa can atdığını, lakin müharibəyə başlamazdan əvvəl qalib gəlmək mümkünlüyünü nəzərə almadığını iddia edib.

Qeyd edək ki, Tramp əvvəllər də dəfələrlə Ukrayna prezidenti və Co Baydeni münaqişənin dərinləşməsində məsuliyyətli hesab etdiyini bildirib.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı işğal etmiş və 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamışdı.

Gülbəniz Səfərova


Bənzər xəbərlər