Qəbirlər su altında qaldı, nə qəbristanlıq rəhbərliyi, nə də ki, “Azərsu” məsuliyyəti boynuna almır - VİDEO
Bakının Bakıxanov qəsəbəsində yerləşən 2-ci Arablinka Şəhriyar qəbiristanlığı su ilə dolaraq ərazidə xoşagəlməz mənzərə yaranıb.
Patrulaz.az-a daxil olan məlumata görə, qəbiristanlıqda yaranmış vəziyyət yerli sakinlərin ciddi narazılığına səbəb olub. Bildirilir ki, ərazidəki suyun səviyyəsi artaraq qəbir daşlarına qədər dolub və qəbiristanlığı yararsız hala salıb.
Şahidlərdən biri bildirib ki, məsələ ilə bağlı qəbiristanlıq rəhbərliyinə, “Azərsu” və digər aidiyyəti qurumlara müraciət edilsə də, heç biri məsuliyyəti üzərinə götürmək istəmir:
“Qəbiristanlığın rəhbəri problemi görməzdən gəlir. Azərsu isə bunu qrunt suları ilə əlaqələndirərək məsuliyyəti boynuna almır”.
Qeyd edək ki, sakinlər ərazidə yaranan vəziyyətin qısa zamanda aradan qaldırılmasını və aidiyyəti qurumların bu məsələyə biganə yanaşmamasını tələb edirlər.
Gülbəniz Səfərova