Qəzzaya zərbə – İsrail və Almaniya arasında diplomatik gərginlik…
İsrail Qəzzada xəstəxana binasına endirilən hava zərbəsindən sonra Almaniyanın ictimai tənqidinə cavab olaraq əməliyyatı müdafiə edib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi X platformasında yayımladığı açıqlamada hücumun Həmas tərəfindən komanda və nəzarət mərkəzi kimi istifadə olunan konkret binaya yönəldiyini, bu səbəbdən genişmiqyaslı xəstəxana ərazilərinə hücum olmadığını bildirib.
Almaniya Xarici İşlər Nazirliyi və nazir Annalena Baerbockun mülki ərazilərin qorunmasının beynəlxalq humanitar hüquq baxımından xüsusi önəm daşıdığı ilə bağlı paylaşımına cavab verən İsrail bildirib:
“HƏMAS-ın xəstəxanalardan istifadəsi sərt şəkildə qınanmalıdır, ritorika deyil”.
Nazirlik onu da vurğulayıb, Almaniyanın bəyanatında bir çox vacib faktlar, o cümlədən İsrail ordusunun əvvəlcədən xəbərdarlıq etdiyi və zərbədə mülki şəxslərin həlak olmadığı kimi detallar yer almır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı xəstəxanaya ciddi ziyan dəydiyini və evakuasiya zamanı bir uşağın həyatını itirdiyini açıqlayıb. Şahidlərin verdiyi məlumata görə, tibb işçilərinə təxliyə üçün cəmi 18 dəqiqə vaxt verilib.
Gülbəniz Səfərova