Ronaldonun hərəkətləri təəccüb doğurdu
Kriştiano Ronaldonun komandası Əl-Nəsr Asiya AFC Çempionlar Liqasının yarımfinal mərhələsində Yaponiyanın Kawasaki Frontale komandası ilə qarşılaşıb.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, Kral Abdullah İdman Şəhəri Stadionunda keçirilən qarşılaşmada Əl-Nəsr 2:3 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.
Qonaq komanda Kawasaki Frontaleyə qələbə qazandıran qolları 10-cu dəqiqədə Tatsuya Ito, 41-ci dəqiqədə Yuto Ozeki və 76-cı dəqiqədə Akihiro Ienaga vurublar. Ev sahibi Əl-Nəsrin qolları isə 28-ci dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Ayman Yahya tərəfindən qeydə alınıb.
Finala yüksələn Kawasaki Frontale 3 may tarixində Türkiyənin milli futbolçusu Merih Demiralın formasını geyindiyi Əl-Əhli ilə qarşılaşacaq.
Digər tərəfdən, Kriştiano Ronaldonun oyunun sonunda kədərli anları diqqət çəkib. Portuqaliyalı ulduz futbolçunun qarşılaşmadan sonra özünü günahlandıraraq əl-qol hərəkətləri etdiyi müşahidə olunub.
Ləman Sərraf