media-img_9486

Moldova parlamenti ölkədə parlament seçkilərinin sentyabrın 28-də keçirilməsi barədə qərar qəbul edib.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Hakim Fəaliyyət və Həmrəylik Partiyasının (AKP) təşəbbüsü ilə toplanan parlamentdə parlament seçkilərinin vaxtının müəyyənləşdirilməsi üçün səsvermə keçirilib.

101 yerdən ibarət olan parlamentin iclasında 57 deputat sentyabrın 28-də keçiriləcək seçkilərə “hə” səsini verib.

Seçkilərin iyulda keçirilməsini tələb edən Moldova Sosialist Partiyası və Kommunist Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.


Bənzər xəbərlər