media-38239eab-f2fe-4e3d-86f3-ca2bce012639

İnsanlar arasında yalnızlıq və sosial təzyiqin artması halları gün keçdikcə daha çox müşahidə olunur. Uzun müddətli rəqəmsal əlaqələr, sosial mediada çox vaxt keçirilməsi, həyat tərzinin yüklənməsi və real ünsiyyətin azalması, kəslərin emosional sağlamlığına mənfi təsir göstərir.
İnsanların,xüsusilə də gənclərin çoxluq təşkil edən hissəsi özlərini sosial təzyiq və yalnızlıq hissi ilə mübarizə apararkən tapır. Mütəxəssislərin fikrincə rəqəmsal mühitdə daim ideal standartlarla müqayisə olunmaq, onların özünə inamını zəiflədir və emosional boşluğa səbəb olur.
Günümüzdə insanlar arasında artmaqda olan güvən problemləri, aldatmalar və aldanmalar, yaxşı insan anlayışının azalması onların yalnızlığa üstünlük verməsinə səbəb olur.
Dövlət qurumları və sosial təşkilatlar, gənclərin psixoloji sağlamlığının qorunması üçün yeni çıxış yollarına üz tutmalı və həyata keçirilməsi üzərində çalışmalıdır.

Nigar Ramazanova


Bənzər xəbərlər