Ukraynada kütləvi etirazlar başladı - Xalq onun geri qaytarılmasını tələb edir
Ukraynanın bir sıra iri şəhərlərində Müdafiə Nazirliyindəki kadr dəyişikliklərinə etiraz olaraq kütləvi aksiyalar keçirilir.
Patrul.az xəbər verir ki, xüsusilə ölkənin müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılması qərarına qarşı yönələn nümayişlər paytaxt Kiyevlə yanaşı, Xarkov, Lvov, Odessa, Dnepr, Ternopil, Krivoy Roq, İvano-Frankovsk, Poltava, Lutsk və Nikolayev şəhərlərini əhatə edib.
Hökumətin genişmiqyaslı kadr islahatları çərçivəsində qəbul edilən bu qərar vətəndaş cəmiyyəti, aktivistlər və hərbi dairələrdə kəskin narazılıq dalğasına səbəb olub.
Məlumata görə, Kiyevdə etirazçılar islahatçı və texnoloji yenilikləri ilə tanınan nazirin istefasına qarşı çıxaraq, “Fedorovu geri qaytarın!”, “Bizə effektiv nazirlər lazımdır” və ordunun texnoloji təchizatına yönələn digər tələbə yönümlü şüarlar səsləndiriblər.
Ukrayna mətbuatı və nüfuzlu beynəlxalq nəşrlərin təhlillərinə əsasən, kadr dəyişikliyinin pərdəarxasında sabiq nazir M.Fedorov ilə Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırski arasında ordunun təchizatı, dövlət satınalmaları və hərbi strategiya ilə bağlı yaranmış fikir ayrılıqları dayanır.
Həmçinin, Müdafiə nazirinin vəzifədən uzaqlaşdırılmasına etiraz olaraq, Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Yelizarov istefa verib, nazirin məsləhətçiləri Serhiy Sternenko və Serhiy “Flash” Beskrestnov da vəzifələrini tərk etdiklərini açıqlayıblar.
Qeyd edək ki, Müdafiə naziri postuna əsas namizəd kimi daxili işlər naziri İqor Klimenkonun adı çəkilir.
Gülbəniz Səfərova






