Yanğınsöndürənlər göyərçin üçün səfərbər oldular - VİDEO
ABŞ-nin Kaliforniya ştatının Oklend şəhərində yanğınsöndürənlər tüstüdən zəhərləndiyi ehtimal olunan göyərçinə yardım ediblər.
Patrul.az BBC-yə istinadən xəbər verir ki, hadisə yaxınlıqda baş vermiş avtomobil yanğını zamanı qeydə alınıb.
Yanğınsöndürmə briqadası tüstüdən zərər çəkdiyi görünən göyərçini aşkar edərək ona oksigen dəstəyi göstərib.
Oklend Yanğınsöndürmə İdarəsinin sosial şəbəkədə yaydığı məlumata görə, quşun vəziyyəti yaxşılaşdıqdan və nəfəs yolları açıldıqdan sonra o, yenidən uçaraq ərazidən uzaqlaşıb.






