media-img-20260717-wa0050-1

Kanadanın Ontario əyalətində qeyri-adi hadisə baş verib.

Belə ki, bir nəfər İkinci Dünya müharibəsindən qaldığı ehtimal olunan əl qumbarasını polis bölməsinə gətirib.

Patrul.az Fox News-a istinadən xəbər verir ki, kişi tapdığı sursatı polisə təhvil vermək istəyib. Lakin onun bu addımı hüquq-mühafizə orqanlarında ciddi təşvişə səbəb olub.

Hadisədən sonra polis bölməsində təhlükəsizlik tədbirləri gücləndirilib, ərazi mühasirəyə alınıb. Daha sonra hadisə yerinə partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə xüsusi qrup cəlb edilib.

Mütəxəssislər qumbaranı təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırdıqdan sonra polis vətəndaşlara xəbərdarlıq ediblər. Bildirilib ki, partlamamış sursat aşkar edilərsə, ona toxunmaq və ya onu polis bölməsinə aparmaq olmaz.

media-img-20260717-wa0051


Bənzər xəbərlər