media-img-20260717-wa0040

Rusiyanın paytaxtı Moskvada diqqətçəkən texnologiya tədbiri baş tutub.

Patrul.az The Times of India nəşrinə istinadən xəbər verir ki, iki humanoid robotun iştirakı ilə keçirilən rəmzi toy mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, mərasimdə insanabənzər robotlar “gəlin” və “bəy” obrazında təqdim edilib. Təşkilatçılar bildiriblər ki, tədbirin əsas məqsədi texnologiya və süni intellekt sahəsindəki yeniliklərə diqqət çəkmək olub.

Toy mərasimi rəsmi nikah deyil, nümayiş xarakterli tədbir kimi təşkil edilib. Robotların hərəkətləri, salamlaşması və mərasimdə iştirakı izləyicilərin böyük marağına səbəb olub.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər bu hadisəni “gələcəyin toyu” və “süni intellekt dövrünün yeni simvolu” kimi qiymətləndiriblər.


Bənzər xəbərlər