Yeni Günəşli sakinlərinə şad xəbər: Qaranlıq küçə işıqlandırıldı - FOTOLAR
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsində uzun müddətdir işləməyən işıq dirəkləri təmir olunub.
Bu barədə Patrul.az-ın sorğusuna “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Suraxanı Təmir-Bərpa Sahəsindən məlumat verilib.
Bildirilib ki, bir neçə gün əvvəl küçədəki işıq dirəkləri tam şəkildə işıqlandırma sistemi ilə təmin olunaraq istifadəyə verilib.

Gülbəniz Səfərova






