Yəməndə yanacaq terminalına endirilən zərbələr nəticəsində 38 nəfər həyatını itirib
ABŞ ordusu husilərə qarşı son zərbələri zamanı Yəməndə yanacaq terminalını məhv etdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Qırmızı dənizdəki Ras İsa limanına hücumun məqsədi İranın dəstəklədiyi hərəkat üçün təchizat və vəsaiti məhdudlaşdırmaq olub.
Husilərin məlumatına görə, hücum zamanı azı 38 nəfər həlak olub, ölənlər arasında çoxlu sayda tibb işçisi də var. ABŞ rəsmiləri isə Husi mediasının verdiyi ölənlərin sayı ilə bağlı sorğuya dərhal cavab verməyib.
İranın dəstəklədiyi husi üsyançıları 2023-cü ilin oktyabrında İsrail-Qəzza müharibəsi başlayandan sonra Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücum etməyə başlayıblar. Hücumlar gəmiləri batırıb və bir çox gəmi şirkətlərini dəniz ticarətinin demək olar ki, 15%-nin keçdiyi əsas qlobal ticarət marşrutu olan Qırmızı dənizdən istifadəni dayandırmağa məcbur edib.
Qeyd edək ki, son bir ayda ABŞ Yəməndəki Husi hədəflərinə hücumlarını artırıb.