media-6861eb5720302742e74969d9

ABŞ-nin Aydaho ştatında meşə yanğına müdaxilə edən iki yanğınsöndürən snayper gülləsi nəticəsində həlak olub.

Patrulaz.az “RT”yə istinadla xəbər verir ki, hadisə məşhur Kanfild dağı ərazisində baş verib. Saat 13:30 radələrində əraziyə yanğınla bağlı çağırış əsasında təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. 30 dəqiqə sonra isə ərazidə atəş səsləri eşidilib. Atışma nəticəsində iki yanğınsöndürən həlak olub.

Hadisədən sonra polislər silahlı şəxsin meyitinin Kanfild dağında tapıblar və onun silahı isə yaxınlığında olub.

Məlumata görə, yanğın əraziyə gələn yanğınsöndürənləri pusquya salmaq məqsədilə qəsdən törədilib.

Hadisə zamanı bölgədə olan insanlar, o cümlədən piyada ziyarətçilər ərazidən təxliyə edilib.

Aydaho ştatının qubernatoru Bred Litl hücumu kəskin şəkildə qınayaraq, bunu “cəsur yanğınsöndürənlərimizə qarşı iyrənc və qəsdən törədilmiş hücum” adlandırıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər