ABŞ-dən Ukrayna açıqlaması
ABŞ dövlət katibi Marko Rubio Fransa prezidenti Emmanuel Makronun Parisdəki Le Burje hava limanında Yelisey sarayında ev sahibliyi etdiyi Ukrayna sammiti ilə bağlı açıqlama verib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubio, Ukraynada atəşkəsin “fizibilitesi” ilə bağlı qərarın bir neçə gün ərzində veriləcəyini söyləyib: “Qısa müddətdə bunun mümkün olub-olmadığını bir neçə gündən sonra anlamaq lazımdır. Əgər bu mümkün deyilsə, düşünürəm ki, davam edəcəyik”.
Rubio Kreml və Kiyev administrasiyası arasında sülhün bərqərar oluna bilməməsi halında ABŞ-nin başqa məsələlərlə məşğul olacağını, Avropa ölkələrinin danışıqlarda konstruktiv hərəkət etdiyini və gələcək danışıqlarda iştirakını xahiş etdiyini bildirib. Fransa rəsmiləri danışıqları öz nöqteyi-nəzərindən “əla” adlandırıb və gələn həftə Londonda daha bir sammitin keçiriləcəyini qeyd ediblər.
ABŞ-nin 3 ildir Kiyev administrasiyasına dəstək verdiyini xatırladan Rubio danışıqların davam etdiriləcəyini və Avropa ölkələrinin həll yolunun axtarılmasında faydalı ola biləcəyini bildirib. Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvini nəzərdən keçirəcəyinə ümid etdiyini vurğulayan Rubio,Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əksəriyyətinin Avropa sanksiyaları olduğunu vurğulayıb.