media-5a1c8bd2e26541cf1a65718734a7b471

Qazaxıstanda ictimai təhlükəsizliyin təmin olunması məqsədilə sifətin tanınmasına mane olan geyimlər, xüsusən də niqabdan istifadə rəsmən qadağan edilib.

Patrulaz.az xəbər verir ki, ölkə prezidenti Kasım-Jomart Tokayev bu məzmunda yeni qanunu imzalayıb. Qanunda hüquq-mühafizə orqanlarının fəaliyyəti və tibbi zərurətlər istisna olaraq göstərilir.

Qeyd edək ki, bu cür qadağalar son illər bir sıra ölkələrdə tətbiq olunmağa başlayıb və əsas məqsəd terror risklərinin qarşısını almaq və kameralar vasitəsilə şəxsiyyətin müəyyən olunmasını asanlaşdırmaqdır.


Bənzər xəbərlər